Azərbaycan XİN Efiopiyaya başsağlığı verib

24
İyl
2024
12:42

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Efiopiyaya başsağlığı verib.

Azreform.info xəbər verir ki, bu barədə XİN-in "X" hesabında paylaşım edilib.

"Efiopiyanın Qofa bölgəsində torpaq sürüşməsi nəticəsində çoxsaylı insan itkisi xəbəri bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə, Efiopiya hökumətinə başsağlığı verir və zərər çəkmiş insanların tezliklə sağalmasına ümid edirik" , -məlumatda qeyd edilib.