Səudiyyə Ərəbistanı kiberidman Olimpiya Oyunlarına ev sahibliyi edəcək

24
İyl
2024
06:14

Kiberidman üzrə ilk Olimpiya Oyunları 2025-ci ildə Səudiyyə Ərəbistanında keçiriləcək.

Azreform.info xəbər verir ki, sözügedən təklif çərşənbə axşamı Beynəlxalq Olimpiya Komitəsinin 142-ci sessiyasında yekdilliklə dəstəklənib.

BOK yarışı iki ildən bir keçirməyin tərəfdarıdır, lakin bu məsələ ilə bağlı yekun qərar hələ qəbul edilməyib.