Ostin və Umerov cəbhədəki vəziyyəti müzakirə etdi

24
İyl
2024
02:49

Pentaqon rəhbəri Lloyd Ostin və Ukrayna müdafiə naziri Rüstem Umerov arasında telefon danışığı baş tutub.

Azreform.info xəbər verir ki, bu barədə Pentaqon mətuat katibi, general-mayor Patrik Rayder məlumat verib.

Tərəflər Vaşinqtonda keçirilmiş NATO sammiti və Kiyevə dəstək addımlarını müzakirə ediblər.

Ostin həmçinin cəbhədəki vəziyyəti dinamikası ilə bağlı həmkarına məlumat verib.