Sui-qəsd cəhdindən sonra Trampın reytinqi yüksəlir

22
İyl
2024
02:21

ABŞ-ın keçmiş prezidenti Donald Trampın reytinqi sui-qəsd cəhdindən və respublikaçıların bu həftə keçirilən Milli Qurultayından sonra yüksəlib.

Azreform.info xəbər verir ki, bu barədə ABC məlumat yayıb.

Araşdırmaya görə, Trampın reytinqi 40%-ə yüksəlib. Baydenin reytinqi isə 32% təşkil edir. Hazırki prezidentin reytinqi son bir ildə demək olar ki, heç dəyişməyib.