"Çılpaq gecə" təşkilatçısına Rusiyanı tərk etmək qadağan edildi

21
İyl
2024
21:07

Rusiyada qalmaqallı çılpaq gecənin təşkilatçısına ölkəni tərk etmək qadağası qoyulub.

Azreform.info xəbər verir ki, bu yaxınlarda məlum olub ki, sosial şəbəkə ulduzunun vergi orqanlarına 20 milyon rubldan çox borcu var. Anastasiya İvleyeva məhkəmə icraçıları tərəfindən axtarışa verilib.

Onun Lamborgini Urus markalı avtomobilinə də həbs qoyulub.

Sosial şəbəkə ulduzu özü haqqındakı son xəbərləri şərh etməməyə üstünlük verir. Yeri gəlmişkən, sensasiyalı çılpaq gecədən sonra İnternetdə İvleyevanın Rusiya Federasiyasını tərk etməsi ilə bağlı aktiv şayiələr yayıldı, lakin o, özü  bu cür şayiələri inadla rədd edib.

Bu yaxınlarda Anastasiya imicini kökündən dəyişib və cazibədar gənc xanımdan adi bir qadına çevrilib. 

Azreform.info

Elvin