ABŞ-də ziyafətdə atışma olub, ölənlər var

21
İyl
2024
18:14

ABŞ-nin Pensilvaniya ştatının Filadelfiya şəhərinin qərbində baş verən atışma nəticəsində azı 3 nəfər ölüb, 7 nəfər yaralanıb.

Azreform.info xəbər verir ki, bu barədə yerli NBC10 telekanalı ştat polisinə istinadən məlumat yayıb.

Məlumata görə, atışma səhər saatlarında 100-150 qonağın iştirak etdiyi ziyafət zamanı baş verib.

Hadisənin səbəbi məlum deyil.