Meşədən toplaya biləcəyiniz ən məşhur 5 dərman bitkisi

19
İyl
2024
18:21

Meşələrimiz yalnız göbələk və giləmeyvə ilə deyil, həm də sağlamlığı yaxşılaşdıran, faydalı bitkilərlə doludur.

Təbii vasitələrə üstünlük verən hər kəs meşədən bu cür bitkiləri toplayıb istifadə edə bilər.

Ancaq bədəninizin vəziyyətini nəzərə alaraq hansı otların, hansı miqdarda istifadə edilməli olduğu barədə həkimlə məsləhətləşməyi unutmayın.

Azreform.info medicina.az-a istinadən, təbii halda bitən 5 şəfalı bitkini təqdim edir:

Bağayarpağı

Təbiətdə vaxt keçirərkən yaralansanız, dərhal bağayarpağı axtarmalısınız. Bu bitki əsl ilk yardım vasitəsidir. Çünki iltihab əleyhinə, yara sağaldıcı və hemostatik təsir göstərir. Onun tərkibində tanninlər, polisaxaridlər, vitaminlər, o cümlədən K vitamini var.

Bağayarpağını dərinin zədələnmiş bölgələrinə tətbiq etməzdən əvvəl yaxşıca yumaq lazımdır.

Palıd qabığı

Palıd qabığı mədə və bağırsaq problemləri üçün kifayət qədər sürətli təsir göstərən vasitə hesab olunur.

Tərkibində patogen mikroblarla mübarizə aparan taninlər və bağırsaqlarda mənfi prosesləri dayandıran pektinlər var.

Çobanyastığı

Çobanyastığı çayını hər aptekdə və mağazada tapmaq olar. Ancaq onu özünüz də toplaya bilərsiniz.

Bu çay həddindən artıq iş zamanı ümumi vəziyyəti yaxşılaşdırmaq üçün içilir. Lakin çobanyastığının antiseptik xüsusiyyətləri boğazı müalicə etmək üçün də istifadə edilə bilər. Həmçinin qrip zamanı faydalıdır.

Çobanyastığı çayının əsəbləri sakitləşdirmə xüsusiyyəti də var. Ona görə də bu çayı axşam saatlarında içmək yuxu keyfiyyətinə də müsbət təsir göstərəcək.

Damotu

Bu bitkiyə daha çox yarğanların yaxınlığında rast gəlinir. Yüksək təzyiq zamanı təsirli bir vasitədir.

Həmçinin əsəbləri sakitləşdirmək, yuxusuzluğun qarşısını almaq üçün də istifadə edilir.

Moruq yarpaqları

Meşədə moruq çalılarını aşkar etmisinizsə, təkcə giləmeyvə toplamaqla kifayətlənməyin. Çünki moruğun yarpaqları da müalicəvi təsirlərə malikdir.

Ondan hazırlanan çay həm təravətləndirici içki kimi içilə bilər. Həmçinin bu çay soyuqdəymə zamanı hərarəti aradan qaldırmağa və yuxarı tənəffüs yollarının vəziyyətini yaxşılaşdırmağa kömək edir.

Moruq yarpaqlarında immunitet sistemini dəstəkləmək üçün lazım olan C vitamini, həmçinin ürəyə faydalı olan kalium var. Tərkibindəki maqnezium və flavonoidlər isə beyində yaşa bağlı dəyişikliklərin baş verməsinə qarşı mübarizə aparır.