"Azercosmos"dan Azərbaycanda iqlim dəyişikliyi ilə bağlı AÇIQLAMA

19
İyl
2024
11:21

Azərbaycanda son illər kosmik təsvirlərin əldə edilməsi, emal edilməsi və istifadəsi sahəsi olduqca inkişaf edib.

Azreform.info xəbər verir ki, bunu "Azerkosmos"un İdarə Heyəti sədrinin müavini Dunay Bədirxanov deyib. O bildirib ki, burada "Azercosmos"un coğrafi informasiya sistemi mərkəzinin böyük rolu var:

"Artıq bir neçə ildir ki, bu məlumatlardan istifadə edərək iqlim hesabatı dərc edirik. Bu hesabatda həm Azərbaycanda, həm də Xəzər dənizi bölgəsində iqlim dəyişikliklərini müşahidə edə bilirik. Bunlar ekologiyaya, kənd təsərrüfatına, onun resurslarına təsirləri göstərir".

Qurum nümayəndəsi bildirib ki, cari ildən bunun climatereport.az platforması şəklində icrasına başlanılıb: "Bu imkan verir ki, iqlimin təsirləri vizual və informasiya şəklində istifadəçilərə çatdırılsın".

Könül
Azreform.info