Dövlət Gömrük Komitəsi növbəti ilin planlarını açıqlayıb

15
Dek
2023
11:42

Dövlət Gömrük Komitəsi növbəti ilin planlarını açıqlayıb. 

Oxu.Az xəbər verir ki, Dövlət Gömrük Komitəsinə mediatur zamanı qurumun əməkdaşları jurnalistlərə 2024-cü ilin hədəflərindən bəhs ediblər.

Bildirilib ki, gələn il Baş Gömrük İdarəsində elektron sistem yaradılması planlaşdırılıb:
“İnteqrə edilmiş zəng, SMS və elektron sistem yaratmağı planlaşdırırıq. Elektron müraciət köşkünün yaradılması da nəzərdə tutulur. Həmçinin elektronlaşdırma nəticəsində fiziki müraciətlərin sayı minimuma endiriləcək”.