Qarpızın bu hissələrini yemək sağlamlığa zərərlidir - Diqqət!

18
İyl
2024
10:35

Yay aylarında çoxumuzun sevimli meyvələrindən biri şübhəsiz ki, qarpızdır. Ancaq bilməlisiniz ki, qarpızın bəzi hissələrini yemək sağlamlığınızı ciddi şəkildə təhdid edir.

Azreform.info “haber7”yə istinadla xəbər verir ki, qarpızı bir sıra hallarda yemək sağlamlığınıza zərərli ola bilər.

Həmin halları təqdim edirik:

1.Qarpızın xarici qabığında hər hansı bir dəyişiklik görsəniz (çürümüş, kiflənmiş və s.), qətiyyən istehlak etməməlisiniz.

2. Qarpızın qeyri-adi bir dadı, qoxusu və normaldan fərqli bir rəngdə olduğunu görsəniz, yeməyin.

3. Qarpızın daxili quruluşunda quruluq və ya süngər quruluşunun olması qarpızın xarab olduğunu göstərir. 

4. Nəhayət, qarpızın çöl tərəfində çat və ya həşərat dişləməsi kimi zədələr varsa, təzəliyini itirdiyinə dəlalət etdiyi üçün onu istehlak etməmənizdə fayda var.

Billurə