İsti qəhvə daha çox antioksidan ehtiva edərək bədəndə olan iltihabı azaltmağa yaxşı təsir göstərir.
Publika.az xəbər verir ki, bu barədə “Daily Mail”ə ABŞ-ın “Memorial Hermann Hospital of Sugar Land”də çalışan kardioloq Məcid Basit və endokrinoloq Eva Kvinar məlumat verib.
Həkimlərin sözlərinə görə, antioksidantlar sərbəst radikalları aradan qaldıraraq oksidləşmə prosesinə maneə törədən təbii birləşmələrdir. Sərbəst radikallar və ya oksidləşdirici maddələr insan orqanizmində baş verən çoxsaylı proseslərin əlavə məhsullarıdır. Onların yığılması hüceyrələrə zərər verir və ürək xəstəliyi, Alzheimer xəstəliyi, böyrək çatışmazlığı və xərçəng kimi təhlükəli sağlamlıq problemlərinə səbəb olur.
İsti qəhvə sərbəst radikalları daha effektiv şəkildə aradan qaldırır. 2018-ci ildə “Scientific Reports” jurnalında dərc edilən bir araşdırma içkinin soyuq variantının daha az antioksidant olduğunu aşkar edib.