Açıqlamaları ilə tez-tez gündəmə gələn türkiyəli professor Canan Karatay xəstələnmək istəməyənlərə saatla bağlı xəbədarlıq edib.
Azreform.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, yay aylarının gəlişi ilə meyvələrin çeşidinin artdığını deyən mütəxəssis gec saatlarda bu qidalardan uzaq durmağı məsləhət görüb.
O bildirib ki, meyvələrin vitamin və minerallarından faydalanmaq üçün ən yaxşı vaxt səhər yeməyidir.