Ofeliya Sənani infarkt keçirib

16
İyl
2024
14:00

Xalq artisti Ofeliya Sənaninin səhhətində problem yaranıb.

Azreform.info  Axşam.az-a istinadən xəbər verir ki, aparıcı bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib.

Məsələ ilə bağlı açıqlama verən O.Sənani evə buraxıldığını və müalicəsini davam etdirdiyini deyib:

“İnfarkt keçirdim. Həkim dedi ki, özünü qorumalısan. Səhhətim yaxşı deyil. İndi bağa köçürəm ki, orada dincəlim. Uzun illərdir xəstəliyim var. Hər zaman müalicələr almışam”.