İŞİD-ə bağlı iki əcnəbi saxlanılıb

11
Noy
2023
14:16

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin Terrorla Mübarizə Mərkəzinin əməkdaşları Tbilisidə miqrantları qanunsuz daşıyan iki əcnəbini saxlayıb və onların "İslam Dövləti" (İD) terror təşkilatı ilə əlaqəsini müəyyənləşdirirlər.
Azreform.info Dövlət Təhlükəsizliyi Xidmətinə istinadən xəbər verir ki, əcnəbilər miqrantların Gürcüstana qanunsuz daxil olması və onların ölkədə qalmalarına şərait yaradılması ilə bağlı aparılan araşdırmalar çərçivəsində saxlanılıblar. Həbs əməliyyatı Tbilisidə iki ünvanda həyata keçirilib. Axtarış zamanı saxlanılan şəxslərdən elektron məlumat daşıyıcıları, hərbi texnika, maskalar, silahlar, saxta xarici sənədlər, partlayıcı maddələr, əldəqayırma partlayıcı qurğular və İŞİD bayrağı götürülüb.