Ceyhun Bayramov NATO sammitində iştirak üçün Vaşinqtona gedəcək

9
İyl
2024
09:28

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə yola düşüb.

Bu barədə Azreform.info -a Xarici İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, səfər çərçivəsində Ceyhun Bayramovun ABŞ-nin paytaxtı Vaşinqton şəhərində keçiriləcək NATO Zirvə Görüşündə iştirakı, habelə bir sıra yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.