"Neftçi"nin sabiq məşqçisi məhkəmə qarşısına çıxarılır - FOTO

13
Dek
2023
17:49

"Neftçi" futbol komandasının fiziki hazırlıq üzrə sabiq məşqçisi Mario Fernandes Kastelyanonun Azərbaycandan çıxışı məhdudlaşdırıla bilər.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı məhkəməyə müraciət olunub.

Belə ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi sabiq məşqçinin vergi borcuna görə məhkəməyə ərizə ilə müraciət edərək onun Azərbaycandan çıxışına "stop" qoyulmasını xahiş edib.

İşə hakim Kənan Hüseynovun sədrliyi ilə baxılacaq.

Məhkəmə ərizəni təmin etsə, sabiq məşqçinin Azərbaycanı tərk etmək hüququ müvəqqəti məhdudlaşdırılacaq.

Qeyd edək ki, Mario Fernandes Kastelyano 2020-ci ilin yanvar-dekabr aylarında klubun fiziki hazırlıq üzrə məşqçisi vəzifəsində çalışıb.