Azərbaycan və Qırğızıstan arasında imzalanmış sənədlər təsdiqləndi

14
İyn
2024
13:49

Azərbaycan Dövlət Gömrük Komitəsi ilə Qırğızıstan Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Xidməti arasında qarşılıqlı ticarətin statistikasına dair məlumatların mübadiləsi sahəsində əməkdaşlıq haqqında Protokol”u təsdiq edilib.

Azreform.info -ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.

Dövlət başçısının digər fərmanı iləAzərbaycan Dövlət Gömrük Komitəsi ilə Qırğızıstan Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Xidməti arasında gömrük idarəetməsinin təkmilləşdirilməsi məqsədilə əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş təsdiq edilib.