Milli Məclisdən Prezident və Birinci vitse-prezidentə məktub 

14
İyn
2024
10:49

15 iyun Milli Qurtuluş Günü münasibətilə Milli Məclis adından cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb. 

Azreform.info xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən növbədənkənar sessiyasında deyib.

Milli Məclis adından ünvanlanan təbrik məktubunda ölkə başçısı və Birinci vitse-prezidentə Azərbaycanın gələcək inkişafı istiqamətində fəaliyyətlərində uğurlar arzulanıb.

Mürtəza
Azreform.info