Səbaildə dənizə yaxın açıq ərazidə yanğın başlayıb

9
İyn
2024
17:49

Səbail rayonunda dənizə yaxın açıq ərazidə yanğın başlayıb.

Bu barədə “Azreform.info ”a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda dənizə yaxın açıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.