Ələt-Astara magistralında iki avtomobil toqquşub, ölən və yaralananlar var 

9
İyn
2024
16:28

Bu gün saat 12:40 radələrində Ələt-Astara magistral yolunun Lənkəran rayonu Boladi kəndindən keçən hissəsində baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər (kişi cinsli), 1 nəfər (qadın cinsli), 1 nəfər (uşaq) "qapalı kəllə-beyin travmasl, çənə sümüyünün sınığı, sol kürək sümüyünün sınığı, alnın sıyrılmış yarası, üz nayihəsinin sıyrıntıs, sol əlin küt travması, dəqiqləşdirilməmiş koma" diaqnozları ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Azreform.info xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib, azyaşlı və 1 nəfər (qadın cinsli) vəziyyətinə olaraq Reanimasiya şöbəsinə yerləşdirilib, digərlərinin müalicəsi Təcili yardım şöbəsində davam etdirilir.

Qeyd edək ki, hadisə nəticəsində 1 nəfərin həkiməqədər ölüm faktı təsdiqlənib.