Masazırda evdən 26 minlik qızıl oğurlandı

8
İyn
2024
18:21

Abşeronda evlərdən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Azreform.info -a verilən xəbərə görə, Masazır qəsəbəsi ərazisində müxtəlif vaxtlarda iki evdən ümumilikdə 2400 manat pul, 26.600 manat dəyərində qızıl-zinət əşyaları, 3 ədəd mobil telefon və planşet oğurlanıb.

Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Rəsul Məmmədov müəyyən olunaraq saxlanılıb.