Bu məcburi köçkünlər üçün 300 min manat ayrıldı

8
İyn
2024
15:42

Bakı şəhəri, Ağcabədi və İmişli rayonları ərazisində salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evləri və mənzillər təmiri ediləcək.

Azreform.info ”ın məlumatına görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti görüləcək işlərlə bağlı hazırlıqlara başlayıb.

Təmir işləri “Construction Business Group” MMC-yə tapşırılıb və şirkətə 295 min 955 manat ödəniş ediləcək.

Könül
Azreform.info