Şabranda təmir sexindən pul oğurlayan şəxs saxlanılıb

6
İyn
2024
23:28

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları daxil olan məlumat əsasında rayon sakini Rövşən İbrahimovu saxlayıblar.

Azreform.info xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Araşdırmalar zamanı onun təkər təmiri sexindən 1050 manat oğurlaması müəyyən olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.