Bakıda kafe yanır

6
İyn
2024
23:00

Bakının Binəqədi rayonunda, Məhəmməd Əmin Rəsulzadə qəsəbəsində fəaliyyət göstərən kafelərin birində güclü yanğın başlayıb.

Azreform.info xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Qeyd olunub ki, yanğın güclü olduğu üçün ətrafa yayılıb. Hələlik yanğının qarşısını almaq mümkün olmayıb.

Kafenin binası tamamilə yanmaq üzrədir.

Həmin görüntüləri təqdim edirik: