Kevin Medina əməliyyat olundu - Foto

12
Dek
2023
22:07

“Qarabağ”ın futbolçusu Kevin Medina əməliyyat olunub.

 

Azreform.info ” xəbər verir ki, kolumbiyalı müdafiəçi bu barədə İnstaqram səhifəsində paylaşım edib. O, bu gün Finlandiyada əməliyyat edilib. 

Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda “Molde”yə qarşı səfər matçında (2:2) zədələnən Kevin Medinaya sağ bud tendom vətərinin qopması diaqnozu qoyulmuşdu. Onun təqribən 3 aya yaxın yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.425547