Bakıda idarəetməni itirən avtomobil işıqforu yararsız hala saldı - VİDEO

5
İyn
2024
21:14

Paytaxtın Nəsimi rayonunda idarəetməni itirən avtomobil işıqforu yararsız hala salıb.

Azreform.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, hadisə bu gün günorta saatlarında Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində baş verib.

Qeyd edilib ki, mərkəz tərəfindən qısa müddət ərzində piyada işıqforunun bərpası təmin ediləcək.

Həmin görüntüləri təqdim edirik: