Hakimi döyən klub prezidenti istefa verdi

12
Dek
2023
19:56

Türkiyənin "Ankaragücü" klubunun prezidenti Faruk Koca istefa verib.

Azreform.info , bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti açıqlama yayıb.

F.Koca baş hakim Halil Umut Melerdən, onun ailəsindən, idman ictimaiyyətindən və xalqdan üzr istəyib.

Qeyd edək ki, Superliqanın XV turunun “Ankaragücü” – “Rizəspor” (1:1) oyunundan sonra paytaxt təmsilçisinin prezidenti Faruk Koca meydana daxil olaraq, baş hakim Halil Umut Meleri yumruqla vurub.