Türkiyədə hakimi döyən klub prezidenti tutuldu

12
Dek
2023
12:14

Türkiyənin "Ankaragücü" klubunun prezidenti Faruk Koca saxlanılıb.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, buna funksionerin "Rizəspor"la Superliqanın XV turunun matçında baş hakim Halil Umut Meleri yumruqla vurması səbəb olub.

Onunla birlikdə daha iki nəfər saxlanılıb.

Görüş 1:1 hesabı ilə başa çatıb. “Rizəspor” əlavə edilən 7-ci dəqiqədə hesabı bərabərləşdirib. Hazırda “Ankaragücü” 18 xalla 11-ci yerdədir. “Rizəspor” isə 22 xalla 8-ci pillədə qərarlaşıb.