Azərbaycanda bu ASC-nin rəhbəri dəyişir

12
Dek
2023
12:07

“Bakı İxtisaslaşdırılmış Nəqliyyat” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, yığıncağın gələn ilin yanvarın 12-də keçirilməsi planlaşdırılıb.

Yığıncaqda Müşahidə şurası yenidən formalaşdırılacaq.

Eyni zamanda, cəmiyyətə sədr və təftiş müfəttişi seçiləcək.