Azərbaycanda bu şəxslərə avtomobillər veriləcək

11
Dek
2023
13:14

Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə minik avtomobilləri veriləcək.

Azreform.info ”ın məlumatına görə, bununla bağlı “Azərmaş Alyans” MMC-dən 10 ədəd sedan tipli minik avtomobili alınacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi şirkətə 140 min manat ödəniş edəcək.

Könül
Azreform.info