Üzüm orqanizm üçün ən zərərli giləmeyvədir – Qastroenteroloq

20
May
2024
17:07

Üzüm tərkibində yüksək qlükoza olan giləmeyvədir. Çox insanlar onun fəsadını bilmədən həddi gözləmədən yeyir.

“Medicina” xəbər verir ki, qastroenteroloq Darya Utyumova üzümün zərərindən danışıb.

“Risk qrupu xəstələr var ki, onlara üzüm olmaz. Bunlar qaraciyər sirrozu, qaraciyər çatışmazlığı və şəkər xəstələridir.

100 qram üzümdə 15-18 qram şəkər var, bu isə qanda şəkəri qaldırır. Üzümdə C vitamini də çoxdur, o allergik reaksiya və kökəlməyə səbəb ola bilər.

Üzüm mədə şirəsini də aktivləşdirib artırır, bu da mədə və 12 barmaq bağırsaq xorası olanlar üçün təhlükəlidir.
Ona görə xəstələr və sağlığının qeydinə qalanlar üzümü məhdudlaşdırmalıdır.
Əgər insanın mədə, mədəaltı vəz, qaraciyər və şəkər problemi yoxdursa, gündə 100 qrama qədər üzüm yeyə bilər.

Üzümdə resveratrol və kversetin adlı güclü antioksidantlar var, onlar orqanizmi qoruyur, yeniləyir”.