Qızdırmadan ölən 9 yaşlı Əlinin xəstəliyi nə olub? - RƏSMİ

20
May
2024
16:42

Xəbər verdiyimiz kimi, Şirvan şəhərində azyaşlı qızdırmadan ölüb.

Azreform.info xəbər verir ki, 9 yaşlı Əli Vəliyevin 1 həftəyə yaxın hərarətinin aşağı düşmədiyi, xəstəxanaya gətirildikdən sonra isə öldüyü bildirilir.

Yayılan məlumatda isə qızdırmaya hansı xəstəliyin səbəb olduğu qeyd edilməyib.

Şirvan Şəhər Xəstəxanasının İctimaiyyətlə Əlaqələr şöbəsindən Azreform.info -ın soğrusuna cavab olaraq bildirilib ki,uşağın ölümünə səbəb virus infeksiyası olub:

"20.05.2024-cü il 05:31 radələrində 2015-ci il təvəllüdlü (cinsi kişi) Şirvan şəhər sakini dəqiqləşdirilməmiş virus infeksiyası, aqonal hal diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinə daxil olub. 05:41 radələrində həkimlərin səyinə baxmayaraq xəstənin həyatını xilas etmək olmayıb", - açıqlamada deyilir.

Qeyd edək ki, bundan əvvəl report.az şəhərin M.Rəsulzadə küçəsi 7 ünvanında yaşayan 2015-ci il təvəllüdlü Vəliyev Əli Xəyyam oğlunun Şirvan Şəhər Xəstəxanasında qızdırmadan öldüyünü yazmışdı.

Billurə Yunus