Bakı-Sumqayıt yolundakı ağır qəzada 6 nəfər yaralanıb

10
Dek
2023
08:56

Bakı-Sumqayıt şosesində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Azreform.info “Report”a istinadla xəbər verir ki, hərəkətdə olan “Ford Tranzit” markalı avtomobil yolun kənarındakı beton maneəyə çırpılıb.

Baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində 6 nəfər yaralanıb.

 

Hadisə yerinə təcili tibbi yardım avtomobilləri və polis əməkdaşları cəlb olunub.

Yaralılardan dördünün vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə, digər ikisi isə travmatologiya şöbəsinə yerləşdirilib.

Qəzada bir nəfər dünyasını dəyişib.

 

 

Faktla bağlı araşdırma aparılır.