BMT: “2022-ci ildə insanlar müharibədən çox cinayət nəticəsində ölüb”

9
Dek
2023
00:28

2022-ci ildə dünya üzrə cinayət və məişət zorakılığı nəticəsində ölənlərin sayı hərbi münaqişələr və terrorizm nəticəsində ölənlərin sayından təxminən 50% çoxdur.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin (UNODC) ölümlərin səbəbləri üzrə qlobal araşdırmasında deyilir.

Tədqiqatda qeyd olunur ki, 2019-2021-ci illərdə dünyada cinayət nəticəsində baş verən ölüm hallarının orta sayı hər il təxminən 440 min nəfər olub. Eyni zamanda, bu dövrdə hər il orta hesabla 94 min nəfər hərbi münaqişələr, 22 min nəfər isə terror nəticəsində həlak olub.

2022-ci ilin məlumatlarına görə, hərbi münaqişələr nəticəsində ölənlərin sayı 95% artıb. Bununla belə, onların sayı yenə də cinayət və məişət zorakılığı nəticəsində yaşanan ölümlərin sayından iki dəfə az olub.