DİQQƏT: Qəfil ölümlər buna görə artıb - VİDEO

23
Apr
2024
22:28

Son vaxtlar qəfil ölüm hallarının artdığı müşahidə edilir. Ölüm yaşa baxmır. Amma həyatını itirənlər arasında gənclərin də olmağı təşviş yaradır. Səhhətində heç bir problem olmayan insanlar qəfildən dünyasını dəyişir. Onların böyük qisminə ürəktutma diaqnozu qoyulur. Bəs bu nə dərəcədə doğrudur?

Kardioloqların sözlərinə görə buna gentik faktorlarla yanaşı, viruslar və xstəliklər də səbəb olur.

Azreform.info xəbər verir ki, bu barədə "Xəbərin olsun" verlişinə açqılamasında kardioloq Emin Hacıbalayev deyib:

"Çox vaxt qəfil ölüm halları aritmiya nəticəsində olur. Qəfləti ritm pozğunluğu, həyati təhlükəli aritmiyalar aiddir. Huşun itməsi, ürəyin dayanmasına gətirib çıxarır. Əsas səbəbi isə daha əvvəl çox olan miokarditlər və trombozlarla bağlı olan Ağciyər tromboemboliyası ümumilikdə götürsək tromboz hallarıdır. O biri səbəbi isə miokarditlərdir. Bu ürək əzəzlələrinin iltihabı deməkdir. Xəstəlik və viruslardan sonra yaranır".

Ətraflı videoda: