Onurğa xəstəliklərindən qorunmaq üçün  ortopedik məhsullar çox vacibdir

21
Apr
2024
23:35

Son vaxtlar ortopedik ayaqqabı, yastıq, döşək, oturacaq, çanta və s. məhsullara tələbat artıb. Lakin ortopedik məhsulları, xüsusilə də ayaqqabıları yalnız həkim tövsiyəsi ilə almaq lazımdır.

Vertebroloq Roya Musayeva deyib: “Skolioz və kifoz müasir dövrdə ən çox yayılan onurğa əyrilikləridir. Həmin əyriliklər zamanı köməkçi vasitə kimi ortezlərə müraciət edilir. Həmin ortezləri düzgün seçmək və onu hazırlamaq üçün mütəxəssisə müraciət etmək lazımdır. Ümumiyyətlə, yüngül formalı yastıpəncəliklərdə və ayağın daha rahat olmasında ortopedik ayaqqabılara ehtiyac var”.

Bəzən irsi və ya genetik xəstəliklərlə doğulan ilk addımlarını atan müddətdə, əksər hallarda isə 2-3 yaşlarından ortopedik ayaqqabılar məsləhət görülür. Balacalar üçün ortopedik ayaqqabılar satışda daha çoxdur. Məktəblilərə də dərs yükünün ağır, məktəb ləvazimatlarının çox olması ilə əlaqədar ortopedik çantaların alınması tövsiyə edilir. Bütün bunlar da gələcəkdə onurğa xəstəliklərindən qorunmaq üçün çox vacibdir. (AZƏRTAC)