“Fastfood” yaddaş üçün ciddi təhlükədir

21
Apr
2024
10:42

“Fastfood” və un məhsulları yemək yaddaşı zəiflədir”.

Azreform.info xəbər verir ki, bu barədə Moskva Dövlət Universitetinin Fundamental Tibb fakültəsinin baş elmi işçisi Zuxra Pavlova danışıb.

Onun fikrincə, yeniyetməlik dövründə həddindən artıq “zibil” yesəniz, yaddaşla bağlı problemləri aradan qaldırmaq demək olar ki, mümkün olmayacaq.

“Fastfood” və un məmulatları yaddaşı zəiflədir. Bu, həmişəlikdir. Elm adamları hesab edirlər ki, yeniyetməlik dövründə “zibil” qidalardan - yağlı, şirin və nişastalı qidalardan istifadə etsəniz, yaddaşla bağlı problemləri aradan qaldırmaq demək olar ki, mümkün olmayacaq”, - deyə Pavlova bildirib.

O, alimlərin gənc siçovullar üzərində təcrübə apardıqlarını və qeyri-sağlam qidalanma zamanı asetilkolinin azaldığını vurğulayıb. Bu maddə təhsil, təlim, diqqətin konsentrasiyasında iştirak edir və məlumatı kodlamağa kömək göstərir. Pavlovanın sözlərinə görə, düzgün, balanslaşdırılmış qidalanmaya sonrakı keçid yaddaş problemini həll edə bilməyib.

Həmçinin ABŞ-nin Cənubi Kaliforniya Universitetinin alimləri yağ və şəkərlə zəngin Qərb pəhrizinin gənc siçanlarda uzunmüddətli yaddaş pozğunluğuna səbəb olduğunu aşkar ediblər.(oxu.az)