Rişi Sunak və həmkarı qapıda qaldı - VİDEO

8
Dek
2023
15:21

Böyük Britaniyanın baş naziri Rişi Sunak və hollandiyalı həmkarı Mark Rutte bir müddət qapı qarşısında qalıb.

Azreform.info xarici KİV-ə istinadla xəbər verir ki, buna səbəb nazirlər şəkil çəkdirmək üçün çölə çıxdıqdan sonra əməkdaşın içəridən qapını kilidləməsi olub.

İçəridən bir məmurun müdaxiləsi ilə onlar iqamətgaha daxil olublar.

Görüşdə geniş spektrli mövzularda danışıqlar aparılıb. Qəzzada humanitar fasilənin bitməsindən kədərləndiklərini bildiriblər. 

Sunakın ofisindən verilən açıqlamaya görə, liderlər geosiyasi məsələləri, o cümlədən Ukraynadakı müharibə və miqrasiya, həmçinin Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

Günay