Həkimlər diaqnoz qoya bilmirlər – 45 nəfər naməlum xəstəlikdən dünyasını dəyişdi

18
Apr
2024
12:28

Nigeriyanın Kano əyalətində ən azı 45 nəfərin "diaqnoz qoyulmamış xəstəlik" səbəbilə öldüyü bildirilir.

Medicina.az xəbər verir ki, yerli mətbuatda yayılan xəbərlərə görə, Gündütse kəndində bəzi insanlar ishal və qusma əlamətləri yaşayıb. Əksəriyyəti qadınlar, uşaqlar və qocalar olan ən azı 45 nəfər diaqnoz qoyulmayan xəstəlik səbəbindən dünyasını dəyişib.

Əvvəlcə onların malyariya və ishal kimi xəstəliklərə yoluxduqları düşünülüb, ancaq həkimlər bunu təkzib ediblər. Yerli əhali ölənlərin sayının artacağından narahatdır.

Səlahiyyətlilər xəstəliyin dəqiq səbəbini müəyyən etmək üçün su və qan nümunələrinin toplandığını bildiriblər.

Kənddəki gigiyena şəraitinin pis olmasının xəstəliyin yaranmasına səbəb ola biləcəyi düşünülür.

Qeyd edək ki, Sokoto əyalət hökuməti də aprelin 7-də əyalətdə diaqnoz qoyulmayan xəstəlik səbəbindən 3 uşağın öldüyünü, 127 uşağın xəstəxanaya yerləşdirildiyini açıqlayıb