Ev Wi-Fi cihazı sağlamlığa necə zərər vurur?

18
Apr
2024
00:56

Artıq bütün evlərdə olan routerlərin gecə-gündüz şüalanma yaymasının insan səhhətinə zərərli olması barədə fikirlər çoxdan səslənir.

“Medicina” xəbər verir ki, həkim, analitik Vladimir Ulyanov Wi-Fi insan üçün təhlükəsinə aydınlıq gətirib.

“Ümumilikdə götürdükdə routerlərin zərərli olması barədə dəqiq elmi məlumat yoxdur. Əksinə mövcud elmi araşdırmalara əsasən demək olar ki, onlar kifayət qədər təhlükəsiz cihazlardır.
Wi-Fi –dan gələn elektromaqnit şüalanmanın səviyyəsi digər məişət cihazlarında olduğu kimidir.
Sadəcə olaraq, cihazları yataq otağında quraşdırmayın. Çünki insan yatanda müasir routerlərdən gələn ən kiçik şüalanma belə insana müəyyən təsir edir”.