İsrail hərbçiləri Qəzza zolağında Fələstinin HƏMAS hərəkatının iki yüksək rütbəli kəşfiyyatçısını öldürüb.
“Azreform.info ” xəbər verir ki, bu barədə xarici KİV-lər İsrail Müdafiə Ordusuna istinadən məlumat yayıb.
“Müdafiə Ordusu və Ümumi Təhlükəsizlik Xidməti Qəzza zolağında HƏMAS-ın kəşfiyyat bölməsinin iki yüksək rütbəli əməkdaşını məhv edib”, - İsrail Müdafiə Ordusunun bəyanatında deyilir.
Qeyd olunur ki, bir neçə gün əvvəl öldürülən kəşfiyyatçılardan biri Fələstin hərəkatının oktyabrın 7-də İsrailə hücumunun planlaşdırılmasında iştirak edib. İsrail tərəfinin bəyanatına əsasən, hərəkatın üzvləri HƏMAS-ın kəşfiyyat komandanlıq mərkəzinə hücum zamanı öldürülüb.