Vyetnam vətəndaşlarını İsraildən çıxarır

10
Noy
2023
09:20

Vyetnam Sosialist Respublikasının Xarici İşlər Nazirliyi İsraildəki Vyetnam vətəndaşlarına öz təhlükəsizliklərini təmin etmək üçün bu ölkəni mümkün qədər tez tərk etmələrini tövsiyə edir.

Azreform.info xəbər verir ki, bunu Vyetnam Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktoru Fam Thu Hanq deyib.

Onun sözlərinə görə, Xarici İşlər Nazirliyinin rəhbərliyi altında Vyetnamın İsraildəki səfirliyi vətəndaşların müdafiəsi, onlara İsraili tərk edərək təhlükəsiz yerlərə köçmək və ya vətənlərinə qayıtmaqda köməklik göstərmək üçün planlar hazırlayıb və həyata keçirib. Fam Thu Hanq qeyd edib ki, hazırda 13 Vyetnam vətəndaşı sağ-salamat vətənlərinə qayıdıb.