Sumqayıtda 12 yaşlı qız 8-ci mərtəbədən yıxılıb.
Azreform.info “Report”a istinadla xəbər verir ki, hadisə şəhərin 10-cu mikrorayonunda qeydə alınıb.
2012-ci il təvəllüdlü Kiçikxanım Burcəliyeva ehtiyatsızlıq nəticəsində yaşadığı 9 mərtəbəli binanın 8-ci mərtəbəsindən yıxılıb.
Yaralı Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağırdır.
Hadisənin səbəbi araşdırılır.