Depressiya yeniyetmə və yaşlıların beyinlərinə fərqli təsir göstərir - TƏDQİQAT

28
Sen
2024
19:42

ABŞ, Çin, Böyük Britaniya və Avstraliyadan olan tədqiqatçılar depressiyanın yeniyetmə və yaşlıların beyninə fərqli təsir göstərdiyini aşkarlayıblar.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, nəticələri “Nature Mental Health” jurnalında dərc olunan araşdırmada ABŞ, Çin, İngiltərə və Avstraliyadan olan alimlər depressiv pozğunluq diaqnozu qoyulan 12-25 yaş arası 810 nəfərin beynini tədqiq ediblər.

Tədqiqatçılar depressiya diaqnozu qoyulanların beyin skanerlərini qalan 370 sağlam insanın beyinləri ilə müqayisə ediblər. Onlar depressiya diaqnozu qoyulan gənclərin beyin bölgələrinin bir-biri ilə ünsiyyətində müəyyən pozğunluqlar olduğunu təsbit ediblər. Bu pozulmaların yaşlılardakından fərqli olub. Alimlər bu fərqlərin böyüklüyü sayəsində insanın depressiya səviyyəsinin proqnozlaşdırıla biləcəyini də bildiriblər.

Yeniyetmələr və yaşlılar arasında depressiya müalicəsində fərqlər də mövcuddur. Yetkin xəstələrin beynindəki pozuntuların mənşəyi bilindiyi üçün depressiyanın müalicəsində istifadə edilən transkranial maqnit stimulyasiya (TMS) ümumi bir müalicə üsulu olaraq istifadə edilir. Tədqiqatçılar gənclərdə bunun fərqli olduğunu deyirlər. Onlar bu araşdırmanın depressiya diaqnozu qoyulmuş gənclərin beyinlərində pozulmaları aşkarlamağa kömək etdiyini bildiriblər.

Tədqiqatın müəlliflərindən biri, Avstraliyanın Melburn Universitetinin Psixiatriya Departamentinin professoru Andryu Zaleski diqqətə çatdırıb ki, depressiyaya düşən gənclərdə unikal dövrə pozğunluqları da var. Professor gənclərin müalicəsində geniş istifadə edilən beyin stimullaşdırma üsullarının effektivliyini və təhlükəsizliyini yoxlamaq üçün araşdırmalara ehtiyac olduğunu diqqətə çatdırıb.

Azreform.info