Nəsrullahın ölümü onlara açıq siqnaldır - Qallant

28
Sen
2024
23:07

“Hizbullah” hərəkatının rəhbəri Həsən Nəsrullahın öldürülməsi Təl-Əvivin əleyhdarlarına siqnal oldu.

Azreform.info xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qallant məlumat verib.

"Bu hərəkətlər bizə qarşı addım atanlara və indi bunu etməyi düşünənlərə - İsrailə qarşı müharibəyə başlayanlara açıq siqnaldır", - o bildirib.

Qallant qeyd edib ki, Nəsrullahın İsrail Müdafiə Qüvvələri (IDF) tərəfindən məhv edilməsi dövlətin tarixində ən mühüm əks-tədbirlərdən biridir.(Publika.az)