Messi 83 illik rekordu təkrarladı

8
Dek
2023
01:23

Argentina millisinin kapitanı Lionel Messi Braziliya yığmasının sabiq üzvü Leonidasa məxsus olan 83 illik rekordu təkrarlayıb.

 

Azreform.info ” xəbər verir ki, 36 yaşlı hücumçu millidəki son 15 matçın 14-də qol vuararaq buna nail olub.

Messi 1 ildən bir az artıq müddətdə - 2022-ci il iyunun 5-dən 2023-cü il sentyabrın 8-dək 14 qarşılaşmada qol vurub. Leonidas isə 1932 – 1940-cı illərdə 15 görüşün 14-də qol vurmağı bacarıb.(qafqazinfo)