Almaniya 2024-cü ilin büdcəsini razılaşdıra bilməyib

8
Dek
2023
00:46

Almaniya Nazirlər Kabinetindəki fikir ayrılıqlarına görə 2024-cü ilin büdcəsi ilə bağlı razılığa gələ bilməyib.

Azreform.info ” xəbər verir ki, bu barədə “Spiegel” nəşri məlumat yayıb.

Almaniya Sosial Demokrat Partiyasının (SPD) Bundestaqdakı fraksiyasının katibi Katya Mast bildirib ki, Nazirlər Kabineti gələn ilin büdcəsini vaxtında razılaşdıra bilməyib. Onun sözlərinə görə, ölkə kansleri Olaf Şolts, iqtisadiyyat naziri Robert Habek və maliyyə naziri Kristian Lindner intensiv müzakirələrini müsbət nəticələndirə bilməyiblər.

Nəşr qeyd edir ki, 2024-cü ilin əvvəlindən büdcənin faktiki qəbuluna qədər, qaydalara əsasən, müvəqqəti büdcə idarəçiliyi tətbiq ediləcək. Bu müddət ərzində nazirliklərin yalnız fövqəladə hallarda vəsait xərcləmək hüququ var. Onlara yeni layihələrə pul ayırmağa da icazə verilmir.

Almaniya Nazirlər Kabinetində fikir ayrılıqları büdcə qalmaqalı fonunda yaranıb. Noyabr ayında Almaniya Maliyyə Nazirliyi hökumətin əlavə xərcləri üçün büdcəni 2023-cü ilin sonuna qədər dondurub.