Ağ Ev: Bayden Yaxın Şərqdə münaqişənin genişlənməsini istəmir

16
Apr
2024
23:49

ABŞ Prezidenti Co Bayden İranla müharibə və Yaxın Şərqdə münaqişənin genişlənməsini istəmir.

Azreform.info xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi məlumat verib.

“Prezident bunu görmək istəmir. O, İranla müharibə görmək istəmir, münaqişənin genişlənməsini və ya dərinləşməsini görmək istəmir”, - Kirbi vurğulayıb.