İranın hücumuna görə Netanyahu məsuliyyət daşıyır - Ərdoğan

16
Apr
2024
21:14

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, aprelin 13-də İranın İsrailə hücumuna görə məsuliyyəti ilk növbədə İsrailin Baş naziri Benyamin Netanyahu daşıyır.

Azreform.info xəbər verir ki, bu barədə, o, Nazirlər Kabinetinin iclasından sonra xalqa meraciətində bildirib.

Ərdoğanın sözlərinə görə, Netanyahu öz siyasi ömrünü uzatmaq üçün həm öz vətəndaşlarının, həm də bölgədəki bütün insanların həyatını təhlükəyə atır.