Türk Hava Yolları rekord qırdı

7
Dek
2023
23:46

Türk Hava Yolları (THY) noyabr ayı üçün rekord qırıb.

Azreform.info xəbər verir ki, bu barədə Türk Hava Yollarının baş direktoru Bilal Ekşi özünün “X” hesabında açıqlama verib.

Bilal Ekşi bu günə kimi illik 79 milyon sərnişin göstərici ilə rekord qırdıqlarını bildirib.
“7 dekabr Ümumdünya Mülki Aviasiya Gününə layiq bir rekorddur. Bu günə qədər illik olaraq bütün əvvəlki illərin göstəricilərini keçdik. Bir ildə həyata keçirilən səfərlərin sayını 11 ayda reallaşdıraraq 488 min 328 uçuş sayını aşdıq. Sərnişin sayında 79 milyonluq rekord qırdıq”, - deyə o qeyd edib.